İnsanın ətrafında olan bütün reallıq təbiət adlanır.Təbiət iki yerə bölünür.Canlı və cansız təbiət.
Canlı təbiət bütün orqanizmlərin cəmidir.Canlı orqanizmin inkişafı insanın yaranmasına gətirib çıxartmışdır. Canlı təbiəti cansız təbiətdən fərqləndirən 5 əsas xüsusiyyəti qeyd etmək olar.
Canlı təbiət:
1. Tənəffüs edir
2. Qidalanır
3. İnkişaf edir
4. Çoxalır
5. Məhv olur
Cansız təbiət.
Cansız təbiəti aşağıdakı şəkildə ayırmaq olar.
1.Səma cisimləri(Günəş, ay, planetlər, ulduzlar)
2.Hava cisimləri(bulud, yağış, qar, külək, şeh)
3.Yerin quru hissələri(dağlar, adalar, yarımadalar, qitələr, materiklər)
4.Yerin sulu hissəsi(okenlar, dənizlər, göllər, çaylar,bulaqlar)
CANLI TƏBİƏT
Canlı təbiətə insanlar, heyvanlar və bitkilər aiddir.Canlı təbiətin yaşaması üçün əsas 4 amilin oiması vacibdir.
1.Günəş
2.Hava
3.Su
4.Torpaq
Əgər bunlardan biri olmasa canlı yaşaya bilməz.
Məsələn:dibşəyə bir çiçək toxumu əkib qaranlıq yerə qoyaq və sulayaq.Bir müddətdən sonra görərik ki toxum cücərib amma rəngi sarıdır.Bir neçə gündən sonra cürüyüb məhv olur.Və yaxud da çiçək toxumu əkdiyimiz dibçəyi günəş şüası düşən yerə qoyaq ancaq su verməyək.Bir müddətdən sonra görərik ki toxum cücərməyiyb.Deməli bütün canlıların yaşaması, inkişaf etməsi üçün hava, su, torpaq və Günəşin olması vacibdir. Canlıların artması təbiət hadisəsidir.
https://www.youtube.com/watch?v=vKYASy7GNZ4
Cücə yumurtanın içində yaranır.O tədricən böyüyür və 21-22 gündən sonra yumurtanın qabığını sındırıb çıxır.
Yırtıcı heyvanlarların ot yeyən heyvanlarla qidalanması da canlı təbiətdə baş verən hadisədir.Təbiətdə canlılar bir-biri ilə qidalanır.
Canlılar aləmində insan digər canlılardan fərqlənir.İnsan düşünür,yaradır,danışır,yazır,oxuyur və s.
CANSIZ TƏBİƏT
Cansız təbiət hadisələri insan müdaxiləsi olmadan yaranır.
Yer kürəsinin öz oxu ətrafında fırlanması nəticəsində gecə və gündüz yaranır.Yer Günəş ətrafında tam dövrünü 365 gün 6saata yəni 12 aya başa vurur Həm də öz oxu ətrafında dövr edir.Yerin Günəş ətrafındakı yoluna orbit deyilir.Yerin orbiti dairəvi deyil,nisbətən oval formada olduğu üçün onunlaGünəş arasındakı məsafə həmişə eyni olmur.Ona görə də Yer Günəşin ətrafında dövr etdikcə tədricən Günəşə yaxınlaşır və uzaqlaşır.Yer Günəşə daha yaxın olanda qış,Yer Günəşdən uzaqlaşanda isə yay olur.Yer Günəşdən uzaqlaşanda onun üzərinə daha çox istilik və işıq enerjisi düşür.Yer kürəsinin Günəş ətrafında bir dəfə fırlanması nəticəsində fəsillər əmələ
gəlir.Bir ildə 4 fəsil var. Yaz, yay, payız, qış.Hər fəsil 3 aydan ibarətdir.Hər fəslin öz gözəlliyi var.Yazda havalar isinməyə başlayır, təbiət canlanır, günlər uzanmağa başlayır.Tez-tez yağışlar yağır, dağları qarı əriyir, cayların suyu coxalır.Yayda havalar cox isti olur.İnsanlar dincəlməyə kəndə, dənizə gedirlər.Payızda tarlalardan, bağlardan bol məhsul yığılır.Köçəri quşlar isti ölkələrə uçub gedirlər.Ağaclğacların yarpaqları saralır.Gecələr uzanmağa, günlər qısalmağa başlayır.Göy üzünü tez-tez qara buludlar örtür, yağışlar yağır.Qışda isə qar yağır, havalar şaxtalı olur.Bunlar hamısı cansız təbiətdə baş verən hadisələrdir.
http://www.playcast.ru/uploads/2014/05/31/8776063.gif
https://youtu.be/vc3SXb5UkUs





Комментариев нет:
Отправить комментарий